Naxçıvanda avtomobillə motosiklet toqquşub, 1 nəfər xəsarət alıb

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Şəhriyar küçəsində (Əliabad yolu) baş verib.

“Volkswagen” markalı avtomobillə motosikletin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Xəsarət alan Babək rayon Şıxmahmud kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayev Sərxan İsmayıl oğlu Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir