Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvan şəhərində avtomobil piyadanı vurub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.

Belə ki, avtomobil səki ilə gedən Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Hacıyev Ruslan Səttar oğlunu vurub. Piyada Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir