Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Çənlibel məhəlləsində (14 nömrəli məktəbin qarşısında) baş verib. Qarlı havada avtomobil yolu keçən məktəbin xadiməçisi Naxçıvan şəhər sakini, 1970-ci il təvəllüdlü Zeynalova Teyfə Cavanşir qızını vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az