Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Naxçıvan şəhərində baş verib.

Avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Yevlax rayon Aşağı Bucaq kənd sakini Abbaszadə Abbas Vidadi oğlunu vurub.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsini yerləşdirilən piyadanın vəziyyəti sabitdir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir