Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

Azinformasiya.az  xəbər verir ki, Naxçıvan şəhərində 3 nömrəli tam orta məktəbinin qarşısında avtomobil yolu keçən qadını vurub.

Xəsarət alan 1979-cu il Naxçıvan şəhər sakini Məmmədova Lamiyə Məhərrəm qızı Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabitdir.

Sözügedən faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir