Naxçıvanda avtomobil piyadanı vuraraq öldürüb

Naxçıvan şəhərində avtomobil piyadanı vuraraq öldürüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin Əlincə məhəlləsində qeydə alınıb. Naxçıvan şəhər Qaraçuq kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Nəsir Cahangir oğlunun idarə etdiyi 77-KY-516 dövlət nömrə nişanlı “KIA” markalı avtomobil yolu keçən Seyidova Ofelya Mirabdulla qızını vurub. Zərərçəkmiş Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilib, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir