Naxçıvanda avtomobil piyadanı vuraraq öldürüb

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Azinformasiya.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Kəngərli rayon Qarabağlar kəndində avtomobil kənd sakini 1957-ci il təvəllüdlü Qoçəliyeva Sahibə Hidayət qızını yolu keçdiyi zaman vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılan S.Qoçəliyeva dünyasını dəyişib.

Sözügedən qəzanı törədən sürücü Rzayev Yusif Niyaməddin oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir