Naxçıvanda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin Babək məhəlləsində baş verib. 75-BM-846 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 75-A-213 dövlət nömrə nişanlı motosiklet toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, Naxçıvan şəhər sakini, 2003-cü il təvəllüdlü Babayev Rəmzi Səfər oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir