Naxçıvanda avtomobil 7 yaşlı uşağı vurub.
Azinformasiya.az xəbər verir ki, hadisə Babək rayon Nehrəm qəsəbəsində baş verib.
Belə ki, avtomobil qəsəbə sakini, 2017-ci il təvəllüdlü Əliyev Nəsrullah Həsən oğlunu vurub. Xəsarət alan şəxs əvvəlcə Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriib, sonradan isə Bakı şəhərinə aparılıb və xəstəxanaların birinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az