Naxçıvanda avtomobil 15 yaşlı piyadanı vurub

Naxçıvan şəhərində avtomobil piyadanı vurub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin Azadlıq prospektində baş verib.

“VAZ 2106” markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 2009-cu il təvəllüdlü Bəbirova Xəyalə Xəyal qızını vurub. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir