Naxçıvanda 85 yaşlı kişi ikinci mərtəbədən yıxılaraq ölüb

Naxçıvanda 85 yaşlı kişi ikinci mərtəbədən yıxılıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb.

Naxçıvan şəhər sakini, 1940-cı il təvəllüdlü Əsədov Tofiq Həbib oğlu ehtiyatsızlıqdan yaşadığı bina evinin ikinci mərtəbəsindən yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən T.Əsədov bir müddət koma vəziyyətində qalıb. O, ötən gecə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir