Naxçıvanda 41 yaşlı kişi intihar edib.
Azinformasiya.az xəbər verir ki, hadisə Babək rayonu Uzunoba kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Abdullayev Anar Eldar oğlu özünü asıb. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az