Naxçıvanda 2 maşın toqquşub, xəsarət alanlar var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə “Azərbaycan” küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində baş verib. 77-ET-218 dövlət nömrə nişanlı, “Toyota” markalı avtomobillə 75-BJ-181 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil toqquşub. Nəticədə 4 nəfərin xəsarət aldığı bildirilir. Qəza zamanı xəsarət alan Naxçıvan şəhər sakinləri 1959-cu il təvəllüdlü Babayev Həbib Nəbi oğlu, 2000-ci il təvəllüdlü Həsənəliyev Məftun Vilayət oğlu, 2001-ci il təvəllüdlü Cəfərzadə Anar Təvəkkül oğlu və 2001-ci il təvəllüdlü Quliyev Fərid Pərviz oğlu Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir