Şahbuz rayonunda 13 yaşlı yeniyetmə özünü bıçaqlayıb.
Azinformasiya.az xəbər verir ki, hadisə dünən gecə qeydə alınıb. Rayon sakini 2010-cu il təvəllüdlü Məmiyev Adəm Anar oğlu özünü bıçaqlayıb.
O, təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata əsasən, A.Məmiyev ailə-məişət zəminində özünə xəsarət yetirib.
Faktla bağlı araşdırmalar davam edir.
Azinformasiya.az