Naxçıvan MR-da Prezidentin səlahiyyətli nümayəndəlik institutuyla əlaqədar yeni vəzifələr təsis edilib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun fəaliyyətinin təmin edilməsi məqsədi ilə yeni vəzifələr təsis edilib.

 

Azinformasiya.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, təsis edilən vəzifələr İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna uyğun olaraq təsnifləşdirilib.

Qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir