“NATO Ukraynadakı toqquşmada tərəf tutmayacaq”.
Azinformasiya.Az “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.
“Ora əsgər göndərməyəcəyik və hava məkanında təyyarələrimiz uçmayacaq”, – o vurğulayıb.
Qeyd edək ki, Y.Stoltenberq böhranın diplomatik yolla həllində maraqlı olduğunu bildirib.