NATO-nun yeni mətbuat katibi təyin olunub

NATO-nun yeni mətbuat katibi təyin olunub.

 

Azinformasiya.az xəbər verir ki, Baş katib Yens Stoltenberq Böyük Britaniyadan olan Fərəh Daxlallahı NATO-nun növbəti sözçüsü təyin edib.

“Mən Fərəh Daxlallahı NATO-nun növbəti sözçüsü kimi qarşılamağı səbirsizliklə gözləyirəm. Daha təhlükəli dünyada aydın və vaxtında ünsiyyət, media ilə əlaqə hər zamankından daha vacibdir”, – Stoltenberq deyib.

Fərəh Daxlallah daha öncə Birləşmiş Millətlər Təşkilatında, Böyük Britaniya hökumətində və “AstraZeneca” şirkətində, həmçinin bir sıra media təşkilatlarında çalışıb. O, 2010-cu ildən 2023-cü ilə kimi mətbuat katibi vəzifəsində çalışmış Oana Lunçeskunu əvəz edir. Yeni mətbuat katibi mart ayından etibarən fəaliyyətə başlayacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir