NATO-nun keçmiş Baş katibi Ermənistana səfər edib

NATO-nun keçmiş Baş katibi, siyasi məsləhətləşmələr üzrə “Rasmussen Global” təşkilatının təsisçisi Anders Foq Rasmussen Ermənistana səfər edib.

Azinformasiya.az xəbər verir ki, “Sputnik Armenia” Rasmussenin Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdüyü barədə məlumat yayıb.
Görüşdə regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Qeyd edək ki, Rasmussen 2009-2014-cü illərdə NATO-nun Baş katibi postunda çalışıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir