Xavier Kolomina Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, NATO rəsmisi bu barədə “X” hesabında yazıb.
Onun sözlərinə əsasən, görüş NATO-nun Brüsseldəki mənzil qərargahında baş tutub.
“NATO-Ermənistan ikitərəfli əməkdaşlığının gücləndirilməsi yolları və xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə edildi”, – deyə o vurğulayıb.
Azinformasiya.az