NATO müttəfiqləri Vilnüs sammitində Ukrayna üçün yeni yardım paketi ayıracaq

NATO müttəfiqləri Vilnüs sammitində Ukrayna üçün yeni yardım paketində razılaşacaqlar.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, alyans, eyni zamanda Ukraynaya NATO-ya üzv olması ilə bağlı “müsbət siqnal” göndərəcək.

Sallivan Kiyevin alyansa üzvlüyü ilə bağlı fikir ayrılıqlarının azaldığını vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir