NATO müttəfiqləri Stoltenberqin səlahiyyət müddətini daha bir il uzadıb

Yens Stoltenberqin NATO Baş katibi kimi səlahiyyət müddəti uzadılıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Baş katib Stoltenberq “Twitter” hesabında yazıb.

“NATO müttəfiqləri Baş katib kimi səlahiyyət müddətimi 2024-cü il oktyabrın 1-nə kimi uzadıb. Bu qərara görə şərəf duyuram. Avropa və Şimali Amerika arasındakı Transatlantik bağ 75 ilə yaxındır ki, bizim azadlığımızı və təhlükəsizliyimizi təmin edib. Alyansımız indi daha çox təhlükəli olan dünyada hər zamankından daha vacibdir”, – Stoltenberq vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir