NATO İranın İsrailə hücumunu pisləyib

İranın İsrailə hücumunu qətiyyətlə pisləyir və tərəfləri təmkinli olmağa çağırırıq.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO-nun rəsmi nümayəndəsi Fərəh Dəhlallah deyib.

“Biz ötən gecə baş verənləri kəskin şəkildə pisləyir və tərəfləri təmkinli olmağa çağırırıq. Hadisələrin gedişatını mütəmadi olaraq izləməkdəyik. Yaxın Şərqdəki mövcud münaqişənin nəzarətdən çıxmaması indiki halda son dərəcə vacibdir”, – deyə NATO rəsmisi bildirib.

Qeyd edək ki, ötən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raket ilə hücum edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir