NATO Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Biz Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stotlenberq Brüsseldə Aİ müdafiə nazirlərinin görüşündən qabaq jurnalistlərə açıqlamasında bildirib.

“Biz Gürcüstanın işğal olunmuş torpaqlarında Rusiyanın hərbi baza yaratmağını qəbuledilməz hesab edirik. Bu addım Gürcüstanın ərazi bütövlüyü və suverenliyini pozur. Bu, Rusiyanın öz hərbi məqsədlərinə çatmaq üçün hara kimi gedə biləcəyini göstərir və biz bunu Ukraynada gördük”, – NATO Baş katibi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir