NATO Gürcüstan hökumətinə çağırış edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat katibi Fərəh Dakhlallah “X” hesabında yazıb.
“Gürcüstan hökumətinin “xarici agentlər” adlı qanunu qəbul etmək qərarı yanlış istiqamətdə atılmış addımdır və Gürcüstanı Avropa və Avro-Atlantik inteqrasiyadan daha da uzaqlaşdırır. Biz Gürcüstanı kursu dəyişməyə və dinc etiraz hüququna hörmət etməyə çağırırıq”, – NATO sözçüsü bildirib.
Azinformasiya.az