“NATO Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalardan narahatlığını bildirib”.
Aznformasiya.Az xəbər verir ki, bunu NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb.
“Ermənistanla Azərbaycan sərhədində baş verən toqquşmalardan çox narahatıq. NATO hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırır”, – o vurğulayıb.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.