NATO: Çox güman, Türkiyə Ermənistan-Azərbaycan münasibətlərində irəliləyiş gözləyir

Türkiyə bizim üçün çox mühüm müttəfiqdir, həmçinin Cənubi Qafqaz regionu ilə sərhədləri olan yeganə müttəfiqdir və buna görə həm də bölgədə aparıcı aktordur.

 

Azinformasiya.az xəbər verir ki, bunu “armenpress”ə müsahibəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib.

NATO Baş katibinin xüsusi nümayəndəsi qeyd edib ki, Türkiyə ilə hər mövzuda çox səmimi dialoq mövcuddur.

“Türkiyə bilir ki, biz Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq. Düşünürəm ki, Türkiyə bu istiqamətdə irəliləyiş əldə etməyə hazırdır. Bilmirəm, çox güman, onlar həqiqətən də əvvəlcə Ermənistan-Azərbaycan münasibətlərində müəyyən irəliləyiş gözləyirlər. Bu, yəqin ki, mülahizələrdən biri ola bilər, lakin düşünürəm ki, onlar bu istiqamətdə irəliləməkdə həqiqətən maraqlıdır. Mən müttəfiqlərimizin xarici siyasətinin, daxili siyasətinin detallarına toxuna bilmərəm, ancaq hesab edirəm ki, biz bu haqda danışmışıq da, bu (Türkiyə və Ermənistan arasında normallaşma – red.) baş verərsə, çox müsbət hal olar”, -Kolomina vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir