“Finlandiya ilk dəfə tamhüquqlu üzv kimi Vilnüs sammitində iştirak edir. Dünənki razılaşmamızın ardınca İsveçi də tezliklə tamhüquqlu üzv kimi qarşılayacağıq. Mən İsveç Baş naziri və Finlandiya Prezidentinə “Xoş gəlmisiniz” deyirəm”.
Azinformasiya.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Vilnüs sammitinin açılış mərasimində söyləyib.
“Bu gün biz burada bir çox qərarlar verəcəyik. Bu qərarlarla Alyansımızı daha da gücləndirəcəyik. Biz Ukraynaya siyasi və praktiki dəstəyi artıracağıq ki, bu da Ukraynanı aid olduğu NATO ailəsinə daha da yaxınlaşdıracaq”, – NATO Baş katibi vurğulayıb.
Azinformasiya.az