NATO Baş katibi: Ukraynaya verilən hərbi dəstək bizim təhlükəsizliyimizə sərmayədir

“Ukraynaya verilən hərbi dəstək həm də bizim təhlükəsizliyimizə sərmayədir”.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin fevralın 15-də keçiriləcək iclasından əvvəl mətbuat konfransında deyib.

“NATO müttəfiqləri Ukraynaya hərbi yardım verməyə davam edir və bu yardım döyüş meydanında həqiqi fərq yaradır. Bizim hərbi dəstəyimizlə qəhrəman ukraynalılar Rusiyanın işğal etdiyi torpaqların yarısını azad edib, Qara dənizdə dəhliz yaradıb və nəticədə Rusiya qüvvələri ağır itkilər verib”, – Stoltenberq bildirib.

NATO Baş katibi Avropa İttifaqının Ukraynaya 50 milyard avroluq yardım paketini təsdiqləməsi qərarını alqışladığını vurğulayıb: “Ümid edirəm ki, ABŞ Konqresi də oxşar addımı tezliklə atacaq. Bu ianə deyil, öz təhlükəsizliyimizə qoyulan sərmayədir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir