NATO Baş katibi: Türkiyədəki terror aktını pisləyir, hadisələri yaxından izləyirik

Biz terrorizmin bütün formalarını şiddətlə qınayırıq.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte “X” səhifəsində yazıb.

“Ankarada ölən və yaralananlarla bağlı xəbərlər narahatlıq doğurur. NATO müttəfiqimiz Türkiyənin yanındadır. Biz terrorizmin bütün formalarını şiddətlə qınayırıq və hadisələri yaxından izləyirik”, – Rutte paylaşımında qeyd edib.

O, indilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankaradakı terror aktı ilə bağlı telefonla danışdığını da bildirib: “Mənim mesajım aydın idi: NATO Türkiyənin yanındadır!”

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir