Mən Türkiyə və ABŞ arasında F-16-larla bağlı istənilən dialoqu alqışlayıram.
Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə NATO İctimai Forumunda çıxışında söyləyib.
O qeyd edib ki, F-16-la bağlı qərarın verilməsi ABŞ hökumətinin üzərinə düşür.
Stoltenberq diqqətə çatdırıb ki, NATO hər zaman müttəfiqlər arasında hərbi təchizatlarla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını dəstəkləyib.
Azinformasiya.az