NATO Baş katibi Kiyevdə səfərdədir

NATO Baş katibi Yens Stoltenberq Ukraynada səfərdədir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, səfər barədə öncədən heç bir məlumat verilməyib.

NATO Baş katibi Stoltenberq 2022-ci ilin fevralından bəri üçüncü dəfədir Ukraynaya səfər edir. Bu, həm də oktyabrın 1-də vəzifəsini tərk edəcəyi üçün onun Baş katib kimi sonuncu səfəri ola bilər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir