NATO Baş katibi: İran açıq şəkildə nüvə proqramını inkişaf etdirir

“Qlobal təhlükəsizlik təhdidlərlə də üzləşir, Çin öz imkanları barədə heç bir şəffaflıq təmin etmədən nüvə arsenalını sürətlə gücləndirir, İran və Şimali Koreya açıq şəkildə nüvə proqramlarını inkişaf etdirir”.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Silahlara Nəzarət, Silahsızlanma və Kütləvi Qırğın Silahlarının Yayılmaması üzrə 18-ci NATO Konfransında çıxışı zamanı söyləyib.

Onun sözlərinə əsasən, nüvə silahı və digər silahlarla yanaşı, süni intellekt və yeni texnologiyalar meydana çıxmaqdadır. Onlar risklər yaradır və bu risklər gözardı edilməməlidir: “İndi bizim dünyamız daha təhlükəli və daha az təxmin edilə bilən olub”.

Stoltenberq bildirib ki, indi silahlara nəzarətlə bağlı razılaşma və müqavilələr təhdid olunur: “Bu müqavilələr dostlar arasında imzalanmayıb, əksinə rəqiblər arasında imzalanıb və bu müqavilələrin çoxunu biz gərginliyin ən yüksək anında imzalamağa müvəffəq olmuşuq. Bu “Soyuq müharibə” dövründə baş verib və indi də baş verə bilər”.

NATO Baş katibi vurğulayıb ki, nüvə silahları mövcud olduğu müddətcə NATO nüvə alyansı olaraq qalacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir