NATO Baş katibi Yens Stoltenberq Türkiyənin “Taxıl sazişi”nin bərpası ilə bağlı səylərini təqdir edib.
Azinformasiya.az xəbər verir ki, Alyansın Baş katibi bu barədə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi və Müdafiə və Təhlükəsizlik Alt-Komitəsinin birgə iclasında çıxışı zamanı bildirib.
Stoltenberq çıxışında Rusiyanın Qara Dəniz “Taxıl sazişi”ndən çıxmaq qərarını və Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını dayandırmaq üçün düşünülmüş cəhdlərini pisləyib.
“Biz Türkiyənin “Taxıl sazişi”ni bərpa etmək səylərini alqışlayırıq”, – deyən Stoltenberq vurğulayıb ki, Ukraynadan taxılın təhlükəsiz daşınmasını təmin etməyin ən yaxşı yolu Rusiyanın müharibəni bitirməsidir.
Azinformasiya.az