NATO Baş katibi: Azərbaycan və Ermənistan arasında davamlı sülhü təşviq edən səyləri dəstəkləyirəm

NATO Baş katibi Mark Rutte Davosda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Baş katib sosial media hesabında paylaşım edib.

“Ermənistan Baş naziri Nikol Paşinyanla NATO-Ermənistan dialoqu və əməkdaşlığının davam etdirilməsi ilə bağlı yaxşı müzakirə apardıq. Cənubi Qafqaz regionu qlobal təhlükəsizliyimiz üçün vacibdir. Azərbaycan və Ermənistan arasında davamlı sülhü təşviq etmək üçün səyləri dəstəkləyirəm” , – Rutte vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir