Narışkin Şimali Koreyaya səfər edib

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Şimali Koreyaya (KXDR) səfər edib.

 

Azinformasiya.az xəbər verir ki, Narışkin Pxenyanda Şimali Koreyanın dövlət təhlükəsizlik naziri ilə danışıqlar aparıb.

SVR mətbuat bürosunun məlumatına əsasən, danışıqlarda beynəlxalq vəziyyət, regional təhlükəsizlik və xarici qüvvələrin təzyiqi altında əməkdaşlığın dərinləşdirilməsi müzakirə edilib.

Qeyd edək ki, əvvəllər Rusiya xarici kəşfiyyat rəhbərlərinin KXDR-ə səfərləri barədə məlumat verilmirdi.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir