Naftalanda kişi dəm qazından zəhərlənib.
Azinformasiya.az xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən evlərinin birində baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü A.Əsgərzadə zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata əsasən, 36 yaşlı kişi yaşadığı evin hamamında dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az