Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli dünyasını dəyişib.
Azinformasiya.Az xəbər verir ki, o, uzunsürən xəstəlik (ağciyər xərçəngi) səbəbindən vəfat edib.
Uzun illər BDU-nun Jurnalistika fakültəsində çalışmış tanınmış publisist doğulduğu Tovuz rayonunda dəfn olunacaq.
Qeyd edək ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 2004-cü ildən Beynəlxalq Jurnalistika kafedrasında çalışıb.
Ötən ay BDU-da onun 80 illik yubileyi qeyd edilib.
Allah rəhmət eləsin!