Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.
Azinformasiya.Az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanında öz əksini tapıb.
Fərmanda qeyd edilib ki, Agentliyin balansında olan və “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin edilməlidir.