Nə qədər ərazi minalardan təmizlənib?

İşğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 10-dan cari il noyabrın 22-dək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.

Azinformasiya.Az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə həmçinin bu müddət ərzində 10 455 piyada əleyhinə, 4640 tank əleyhinə mina, 12 637 PHS aşkarlanıb.

Bundan əlavə, 62 855 782 kv.m (6286 ha) ərazi mina və PHS-lərdən təmizlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir