Münhen hava limanında qar səbəbindən təyyarə aşıb

Münhen hava limanında Avstriyanın “Bairline” aviaşirkətinə məxsus biznes təyyarəsi qarın üzərində arxa gövdəsinə tərəf aşıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə RİA Novosti-yə şirkət və hava limanının mətbuat xidmətindən məlumat verilib.

Aeroportun mətbuat xidmətinin bildirdiyinə görə, təyyarə artıq ilkin vəziyyətinə qaytarılıb.

Bundan əvvəl Münhen hava limanının mətbuat xidməti, bazar günü, dekabrın 3-də Münhen hava limanında planlaşdırılan 880 uçuşdan 560-a yaxınının ləğv ediləcəyini bildirmişdi.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir