Xəbər verdiyimiz kimi, bu gün Dövlət Sərhəd Xidmətinin aparatında Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə mərasim keçirilib.
Azinformasiya.Az xəbər verir ki, tədbirdə DSX tərəfindən Vətən müharibəsində xidmətləri haqda danışılıb. Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, o cümlədən “Toçka-U”, “Elbrus” (SKAD) operativ–taktiki raket kompleksləri, “S-300”, “KRUQ”, “OSA” “KUB”, “TOR” zenit-raket kompleksləri, radio elektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri məhv edilib, ümumilikdə 290 düşmən hədəfi, çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib.