“Rusiyanın başladığı müharibə nəticəsində Ukraynaya vurulan ziyanın məbləği ilkin dəyərləndirməyə görə, azı 500 milyard dollardır”.
Azinformasiya.Az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna maliyyə naziri Serhiy Marçenko bildirib.
“Bir çox logistika zəncirləri qırılıb, xeyli sayda müəssisələr dağıdılıb, bəzilərinin də işçiləri çıxıb getdiyi üçün fəaliyyətdən qalıb. İqtisadiyyat Nazirliyində hesab edirlər ki, müharibənin məsrəfləri ölkə ÜDM-nin üçdə birindən yarısınadək hissəsini, yəni, təxminən, 500 milyard dollar təşkil edir. Amma dəqiq məbləğ yalnız müharibə başa çatandan sonra açıqlanacaq”, – nazir vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynada ÜDM 2022-ci ildə Rusiya ilə müharibəyə görə 10 faiz azalacağı, inflyasiyanın isə 19,1 faizə çatacağı barədə proqnoz verib.