Müdafiə Nazirliyində yeni təyinatlar

Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Azinformasiya.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Polkovnik-leytenant Anar Eyvazov isə Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. Eyni zamanda, ona Mətbuat Xidmətinin rəisi vəzifəsi həvalə edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir