Melitopol regionunda Ukrayna hərbi qüvvələri rus qoşunlarını mövqelərindən geri çəkilməyə məcbur edir.
Azinformasiya.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar “Telegram”da yazıb.
O qeyd edib, Rusiya tərəfi canlı qüvvə və texnika baxımından xeyli itki verib.
Anna Malyar vurğulayıb ki, Melitopol istiqamətində hücum əməliyyatı davam edir.
Azinformasiya.az