Azərbaycanın müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Rusiyaya gedib.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, N. Osmanov “Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.
Qeyd edək ki, Azərbaycan hərbiçiləri “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edir.