Müdafiə naziri polkovnik-leytenantı işdən çıxarıb – Yenilənib

“Azərbaycan Ordusu” qəzetinin baş redaktoru polkovnik-leytenant İlham Behbudov vəzifəsindən azad olunub.

Azinformasiya.Az-ın Report-a istinadən məlumatına görə, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, İ.Behbudov işdən çıxarılmaqla yanaşı, Silahlı Qüvvələr sıralarından da tərxis olunub.

Hələlik “Azərbaycan Ordusu” qəzetinə yeni baş redaktor təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq kapitan Məhəmməd Nəsirliyə həvalə olunub.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

***

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, “Azərbaycan Ordusu” qəzetinin baş redaktoru vəzifəsində xidmət edən polkovnik-leytenant İlham Behbudov Müdafiə nazirinin müvafiq əmrinə əsasən 2021-ci il fevralın 12-dən “Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi”nə görə ehtiyata buraxılıb. 

Hazırda qəzetə rəhbərlik baş redaktorun müavini vəzifəsinə təyin olunan kapitan Məhəmməd Nəsirliyə həvalə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir