Müdafiə naziri: İsrail Qəzzada əməliyyatları dayandırmayacaq

Missiya tamamlanmayana kimi İsrail dövləti Qəzzada əməliyyatları dayandırmayacaq.

 

Azinformasiya.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Gallant ABŞ-ın Yaxın Şərq üzrə xüsusi koordinatoru Brett McGurk ilə görüşündə deyib.

“İsrail dövləti qoşunlarımız öz missiyalarını yerinə yetirənə kimi – HAMAS-ı məhv edənə və girovlarımızı ailələrinə qaytarana kimi Qəzzada əməliyyatlarını dayandırmayacaq”, – Gallant vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir