Müdafiə naziri: İranın Ali Rəhbərinin öldürülməsi İsrailin hərbi əməliyyatlarının əsas hədəflərindən biridir

İsrailin müdafiə naziri İsrael Katz növbəti dəfə İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneini hədələyib.

 

Azinformasiya.az  “ynet”ə istinadən xəbər verir ki, İsrailin müdafiə naziri hədəni İranın hədəfə aldığı Holon bölgəsinə səfəri zamanı yerli mediaya açıqlamasında səsləndirib.

“İsrailin məhvini əlində bayraq edən Xamenei kimi diktator mövcudluğunu davam etdirə bilməz. O, mövcud olmağa davam edə bilməz”, – nazir deyib.

Katz Xameneini “müasir dövrün Hitleri” adlandıraraq əlavə edib ki, İranın Ali Rəhbərinin öldürülməsi İsrailin hərbi əməliyyatlarının əsas hədəflərindən biridir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir