Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Azinformasiya.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.
Tərəflər regional prosesləri müzakirə ediblər, regional kommunikasiyaların açılmasının əhəmiyyətinə toxunublar, sərhədlərin delimitasiyası prosesinin davamlılığının vacibliyini qarşılıqlı olaraq vurğulayıblar.
Azinformasiya.az