Mövlud Çavuşoğlu: “Yunan və erməni lobbiləri ABŞ-ın Türkiyəyə F-16-lar satmasına qarşı çıxırlar”

“Bəzi lobbilər, o cümlədən yunan və erməni lobbiləri ABŞ-ın Türkiyəyə F-16 qırıcıları satmasına qarşı çıxırlar”.

Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

Nazir vurğulayıb ki, ABŞ silah tədürükü məsələsində ikili standartlardan çıxış edir.

O, rəsmi Ankaranın xarici ölkələrdən silah almaq üçün səylərinin davam etdiyini söyləyib: “Məsələn, Hindistana qarşı sanksiyalar aradan qalxıb. Amma bizimlə bağlı durum fərqlidir. Əlbəttə, biz düşünürük ki, F-35-ləri özümüz istehsal etməkdənsə, başqa ölkədən almaq yaxşıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir